Canavara dönən Şərəbanı

Vikimənbə saytından
Rəvayətlər. Canavara dönən Şərəbanı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Xanın dikində bir arvad vardı, Şərəbanı adında. Bir yol gecə bı Şərəbanı həyətdə su qızdırıb çimirmiş. Ancaq gecə vaxdı arvad xəylağının eşiyə çıxması günahdı, mütləq ona bir sədəmə toxunar. Elə Şərəbanı çiməndə gözünə nəsə görünür, qorxub qaçır əvə. Qapıya çatar-çatmaz göydən başına canavar donu düşür. Bı arvad olur aj qurt, düşür şəhərin canına. Yeməyə heş nə tapammır, qəyidib gəlir əvə. Əri, uşaxları yatmışdı. Gəlir xırda uşağının çeçələ barmağını yeyir, görür ki, çox şirindi. Gedir yeddi para kət gəzir, əlinə bir şey keşmir. Gəlir xırda uşağını təmiz yeyir. Səhərisi əri durur ki, xırda uşağı yeyiblər, arvadın da ağzı-bırnı qannıdı. Bilir ki, uşağı arvad yeyib. Durur arvadı salır ağacın altına, vır ki, vırasan. Şərəbanı birtəhər qaçıb gedir, camahat başlıyır ona Qurt Şərəbanı deməyə.

Qurt Şərəbanı düşür kətbəkət gəzir, neçə kətdən uşax oğurruyub yeyir. Bizim kəndə də gəlibmiş. Yayımış, əmimgil damın üstündə yatıblarmış. Qurt Şərəbanı əmoğlum Həbibi götürüb aparanda əmcanım bilir. Durub Qurt Şərəbanıynan tutaşır. Səs-küyə əvdəkilər, qonşular tökülür gəlir. Şərəbanı qaçır, ancaq əmoğlumun yanağın qoparıb yeyir. Ona görə də əmoğlum çapıx qalmışdı.

Düşüllər Qurt Şərəbanının dalına. Əmə heş kim ona çatammır. Elə yeyin gedirmiş ki, ta atnan qavalasan da tutammazmışsan. Qurt Şərəbanı bir gecədə yeddi kət gəzib qəyidirmiş şəhərə, bir xarabada gecəliyirmiş. Hərdən də gəlib evinə baş çəkirmiş, ancaq ərinin qorxusundan içəri girməzmiş.

Bir gün adamlar mısıb görüllər ki, Qurt Şərəbanı donun çıxardıb kəsəklərin arasında gizlətdi. Gizdincə bı donu götürüllər. Şərəbanı o saat bilir, başdıyır ağlıyıb yalvarmağa, qışqırıb qorxuzmağa ki, bə mənim donumu verin. Ancax vermillər, atıllar oda yanır. Şərəbanı özünnən gedir, sora ayılır, ta qurt olmur, heş vaxt uşax yemir.

Mənbə[redaktə]